Kəlbəcər və Qubadlıya yeni hərbi prokurorlar təyin edilib
Kəlbəcər və Qubadlıya yeni hərbi prokurorlar təyin edilib.
Minval.info-nun əldə etdiyi məlumata görə, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.
Əmrlərə əsasən, Mahir Bayramov Kəlbəcər hərbi prokuroru, Elşən Mürsəlov isə Qubadlı hərbi prokuroru təyin olunub.
Baş Prokurorluğun Mətbuat Xidməti “Minval“a faktı təsdiqləyib.
Qeyd edək ki, Prezident İlham Əliyevin “İşğaldan azad olunmuş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında” 1 aprel 2021-ci il tarixli sərəncamına əsasən, Qubadlı və Kəlbəcər Hərbi Prokurorluqları yaradıldıqdan sonra Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə qeyd olunan hərbi prokurorluqların struktur və ştat tərkibi müəyyən edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Orta əməkhaqqı Bakıda yaşam üçün yetərli deyil
Mərkəzi Bankda 32 yaşlı xanıma yüksək vəzifə
Fuad Əliyev yeni vəzifəyə təyin edildi
Bakı metrosunda qatar tuneldə 40 dəqiqə qaldı
Bakının əsas yollarında ciddi tıxac müşahidə olunur
Bakı metrosunda hərəkət dayandı: Sərnişinlər narahatdır
Elit polo club "Sea Breeze 2026"da çempion oldu