Joze Mourinyo Rusiyada işləyəcək
“Mançester Yunayted”dən istefaya göndərildikdən sonra işsiz qalan Joze Mourinyo televiziyada fəaliyyət göstərəcək.
Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis Rusiyanın RT (“Russian Today”) telekanalında veriliş aparıcısı olacaq.
Mart ayından başlayacaq “Joze Mourinyonun Diqqət mərkəzində” adlı şouda aparıcılıq edəcək 56 yaşlı məşqçi oyunlarla bağlı proqnozlar verəcək və Çempionlar Liqasının pley-off qarşılaşmalarına dair ekspert kimi fikirlərini bölüşəcək.
“2018-ci il dünya çempionatını RT-də işıqlandırmaq mənim üçün böyük təcrübə idi. Belə möhtəşəm kollektivlə işləməyə davam edə bildiyim üçün çox xoşbəxtəm” deyə Mourinyo yeni işi ilə bağlı danışarkən bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
AFFA veteranlara təqaüd ayırdı - İsgəndər Cavadov da var
DÇ-2022: Serbiya Lüksemburqa, Rusiya Kiprə qalib gəlib
Azərbaycan millisi Xorvatiya yığması ilə qollu heç-heçə edib - VİDEO
"Viktoriya" oyunu öncəsi "Qarabağ"dan sevindirici xəbər
"Qarabağ"ın legioneri: "Azərbaycanlılar Ronaldunun oynayacağını gözləyirdi"
“Valensiya”nın futbolçusu Azərbaycan millisinə çağırılıb
21-ci əsrin ən yaxşı bombardiri karyerasını bitirdi