İyunun 1-dən sonra yumşaldılmalar olacaq?
Azərbaycanda koronavirusa yoluxanlarla bağlı vəziyyət müsbətə doğru gedir. Həm yoluxanların sayı azalır, həm də virusdan sağalanların sayı xeyli artıb.
AZXEBER.COM xəbər verir ki, iyunun 1-də ölkədə xüsusi karantin rejiminin müddəti başa çatır.
İnsanları maraqlandıran məsələlərdən biri də iyunun 1-dən sonra hansı məhdudiyyətlərin ləğv edilməsidir. Məsələ ilə bağlı ARB24-də yayımlanan “Nə Baş Verir?” verilişində qonaq olan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) mütəxəssisi Vəfa Ağayeva bildirib ki, yoluxanlarla bağlı rəqəmlər hər an dəyişə bilər:
“Bu haqda əvvəlcədən danışmaq çətindir. Çünki iyun ayına iki həftəlik müddət qalır. Biz əvvəlki təcrübədə bir və ya iki həftə ərzində ölkədə koronavirus mənzərəsinin dəyişməsinin şahidi olmuşuq. Bu haqda əvvəlcədən nəsə demək çox çətindir.
Təkcə bizim ölkədə deyil, bütün dünyada koronavirusdan müəyyən qədər qurtulmaq üçün əhalinin 70 faizi vaksin olunmalıdır. Bizim də hədəfimiz budur ki, əhalinin 70 faizi avqust ayına qədər vaksinasiya olunsun”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İrina Şeyk məşhur alt paltarı markasının siması seçildi - FOTO
Azərbaycanda qızlar məclis təşkil edib karantin qaydalarını pozdular - VİDEO
Çindən Türkiyəyə daha 6,5 milyon doza vaksin gətirilib
Bu yay Xəzərdə məhv olan həyatlar - Fotolar
Rüfət Səfərov da azad edildi – Foto