İsveç millisinin üzvü: Mənə Azərbaycandan zəng etmişdilər, ancaq...
İsveçin “Xammarbyu” klubunun Bakı doğumlu yarımmüdafiəçisi Ciloan Hamad milli komanda seçimi ilə bağlı danışıb.
Oxu.Az “Ekstra Bladet” portalına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu İsveç millisinə düşə bilmədiyi vaxt İraq və Azərbaycan futbol federasiyaları tərəfindən dəvət aldığını bildirib.
“Bir neçə il dayanmadan mənə İraqdan zənglər gəldi, xahiş edirdilər ki, onların yığmasında oynayım. Doğulduğum Azərbaycandan da zənglər gəlirdi. Ancaq mən futbolu öyrəndiyim İsveçi seçdim”, – futbolçu deyib.
Xatırladaq ki, Ciloan Hamad 1990-cı ildə Bakıda anadan olub. 1992-ci ildə onun ailəsi İsveçə köçüb. Karyerası ərzində Hamad “Malmö”, “Hoffenhaym”, “Standart Lyoj” kimi klubların formasını geyinib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?