İstifadə müddəti bitmiş məhsullar hara gedir? – Şəffaflıq sualları artır
Marketlərdə minlərlə çeşiddə ərzaq məhsulu müştərilərə təqdim edilsə də, bəziləri alıcı tapmadan istifadə müddətini başa vurur. Bu vəziyyət məhsulların bir qisminin market rəflərində köhnəlməsinə səbəb olur.
2026-cı ilin ilk yarısında əhaliyə 16 milyard manatdan çox dəyərində ərzaq məhsulu satılıb ki, bu da sahədəki mal dövriyyəsinin miqyasını göstərir. Minval.info xəbər verir ki, istifadə müddəti bitmiş məhsulların aqibəti ilə bağlı müxtəlif fikirlər mövcuddur.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, bu məhsullar əvvəlcə satışdan çıxarılır, sonra isə distribütora və istehsalçıya qaytarılır. Lakin bu prosesin sonrakı mərhələləri barədə şəffaflıq yoxdur. Hüseynov, dövlət orqanlarının bəzi hallarda istifadə müddəti bitmiş məhsulların üzərində dəyişiklik edərək yenidən satışa çıxarıldığını aşkarladığını bildirib.
ƏLAQƏLİ
Paşinyan: Azərbaycan və Ermənistan arasında birbaşa dəmir yolu olacaq
Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyev isə bu iddiaları rədd edir. O, qanunvericiliyə uyğun olaraq, yararlılıq müddəti bitmiş məhsulların məhv edildiyini vurğulayıb. Nəbiyev bildirib ki, “Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən, qida məhsullarının izlənməsi təmin edilməli və dövriyyə barədə AQTA-ya məlumat verilməlidir. Məhsulların məhv edilməsi isə agentliyin müfəttişlərinin iştirakı ilə həyata keçirilir.
Qurumdan verilən məlumata görə, 2026-cı ilin ilk yarısında aparılan nəzarət tədbirləri zamanı 3 ton 670 kiloqram yararlılıq müddəti bitmiş ərzaq məhsulu aşkarlanaraq məhv edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paşinyan: Azərbaycan və Ermənistan arasında birbaşa dəmir yolu olacaq
Savaş və məlumat böhranı OPEC-in planlarını pozdu
Poz-Qazan oyunlarında sentyabrda 22 böyük uduş qeydə alınıb
Azərbaycan Mərkəzi Bankında yeni baş direktor təyinatı
SOCAR Xəzərdə ilk 3D OBN seysmik tədqiqatını tamamlayıb
Neftin qiymətində kəskin artım müşahidə olunur