İstanbulda müəmmalı ölüm: Azərbaycanlı iş adamının faciəvi taleyi və tanınmış tiktokerlə əlaqəsi ortaya çıxdı
Türkiyədə meyiti aşkarlanan azərbaycanlı iş adamı ilə bağlı yeni detallar ortaya çıxıb. Rövşən Zeynalovun cəsədi ailəsinə təhvil verilib və bu gün Azərbaycana gətiriləcək.
Minval.info xəbər verir ki, Qubadlı rayonundan olan Rövşən Zeynalov Türkiyədə ayaqqabı biznesi ilə məşğul idi. Ən diqqətçəkən məqam isə onun “Bəniz” ləqəbli tiktoker Aybəniz Xəlilovanın keçmiş həyat yoldaşı olmasıdır. Onların bu evlilikdən Mətin adlı bir övladı var.
Xatırladaq ki, Aybəniz Xəlilova hazırda həbsdədir və ona 10 il 3 ay həbs cəzası verilib. Avqustun 11-də İstanbulun Qaziosmanpaşa rayonunda Rövşən Zeynalovun meyiti tapılıb. Mənzildən gələn pis qoxu səbəbindən qonşular polisə məlumat veriblər. Polis mənzilə daxil olduqda, Rövşən Zeynalovun cəsədini və psixoloji problemləri olduğu iddia edilən bacısı Mətanət Zeynalovu aşkar ediblər. Bacısının, qardaşının meyiti ilə bir həftə eyni evdə yaşadığı müəyyən edilib. Mənzildə qan izləri də tapılıb və ölümün səbəbi araşdırılır.
ƏLAQƏLİ
Qaqik Tsarukyanın fırıldaqçılıq ittihamlarına cavabı: milyondolarlıq qalmaqal
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək