İstanbul derbisində tarixi geridönüş - 6 qolluq oyun - Video
Türkiyə Superliqasında 23-cü tura İstanbul derbisylə yekun vurulub.
“Qafqazinfo” xəbər verir ki, çempionluq yarışından qopmaq istəməyən “Beşiktaş”öz meydanında liqada qalmaq mübarizəsi aparan “Fənərbağça”nı qəbul edib.
Komandaların turnir cədvəlində bir-birlərindən əks qütblərdə yerləşməsinə baxmayaraq görüş əsl derbi ab-havasında keçib. Matçın ilk yarısında “Qara-qartallar” Burak (2) və Gökhan Gönülün qollarıyla 3:0 önə keçib.
Lakin, həvəsdən düşməyən “Kanarya” ikinci hissədə Zayç, Sadiq və Həsən Əlinin qollarıyla matçda bərabərliyə nail olublar – 3:3.
Bu nəticədən sonra “Beşiktaş” 40 xalla 3-cü pillədə yer almaqda davam edib. “Fənərbağça” isə əldə etdiyi 1 xalla “düşmə” zonasını tərk edərək 14-cü pilləyə yüksəlib.
“Beşiktaş” – “Fənərbağça” – 3:3
Qollar: Gökhan Gönül, 10 (1:0), 18, Burak Yılmaz (2:0), 45+2, Burak Yılmaz (3:0) // 55, Zayç (3:1), 61, Sadiq Çiftpınar (3:2), 67, Həsən Əli Qaldırım (3:3)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?