26.10.2026 - 14:34
Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
Dünya 179 baxış

Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur

İraqın Sincar şəhərində PKK-nın bir qolu kimi tanınan YBŞ silahlı dəstəsi İraq ordusuna inteqrasiya olunacaq. Bu barədə Publika.az xəbər verir.

İraq Silahlı Qüvvələrinin Baş Komandanının sözçüsü Sabah ən-Numan bildirib ki, bu qərar İraqın Baş naziri Əli əz-Zeydinin nəzarəti altında həyata keçiriləcək. Plan, YBŞ ilə İraqın təhlükəsizlik qüvvələri arasında hərbi əlaqələrin yenidən qurulmasını və bu qrupun İraq təhlükəsizlik qurumlarına inteqrasiyasını nəzərdə tutur.

Numan əlavə edib ki, Sincar dağında təhlükəsizliyin təminatı federal hökumətin səlahiyyətli orqanlarına həvalə ediləcək. Bu, İraq hökumətinin silahların dövlət nəzarəti altında toplanması siyasətinin bir hissəsidir.

O, bu tədbirlərin Sincarda təhlükəsizliyin təmin olunması baxımından yeni bir mərhələnin başlanğıcı olacağını vurğulayıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: