İsrail səfirinin Təbriz tvitinə İran səfirindən qəzəbli REAKSİYA
Bakıda Təbriz uğrunda gedən döyüşdə İsrail və İran səfirləri toqquşub
Bakupost.az xəbər verir ki, İsrailin Azərbaycandakı səfiri Corc Dik Twitter hesabında “Təbrizin sehrli nağılları” başlıqlı paylaşım edib.
Əlində kitab olan səfir İsrail bayrağı fonundakı fotosuna bu sözləri əlavə edib: “Bu yaxınlarda mənə hədiyyə olunan bu gözəl kitabdan Təbrizdə Azərbaycanın tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Bəs siz u günlərdə nə oxuyursuz?”
Bir müddət sonra İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi İsrail səfirinin bu paylaşımına ölkəsinə qarşı təxribat hesab edərək, ona cavab verib:
“Bu təşəbbüskar oğlanın nəzərinə: bizim sevimli Təbriz İranın qürurlu tarixində birincilər ölkəsi kimi tanınır. Görünür, ilk şər sionistini də Təbrizin qeyrətli sakinləri dəfn edəcəklər. Bizin qırmızı xəttimizi heç vaxt keçməyin, heç vaxt!”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
11 sentyabrın 25-ci ildönümü: Müharibəsiz ilk anma
Ukrayna sərhəddə xüsusi rejim tətbiq edir
BMT Yəmən üçün təcili iclas çağırır
Husilər Əl-Moxa liman şəhərini ələ keçirdi
Əli Əsədov səfərbərlik ehtiyatları qərarını imzaladı
Trampdan Talibana: 7 milyardlıq silahı qaytarın!
Paşinyan qorxur: Rusiya-Ermənistan münasibətləri gərgin qalır