Bu gün İspaniyada 2019-cu ilin ilk “El-Klassiko”su olacaq.
Əzəli rəqiblər – “Barselona” və “Real” klubları bu dəfə Kral kubokunda münasibətlərinə aydınlıq gətirəcəklər. Komandaların yarımfinal mərhələsində ilk görüşü “Nou-Kamp”da keçiriləcək. Kataloniyalılar doğma azarkeşləri önündə “kral klubu”nu məğlub edib cavab oyunu üçün sərfəli nəticə qazanmağa çalışacaq. Madrid təmsilçisi isə çətin səfər matçında meydana ən azı uduzmamaq üçün çıxacaq.
İspaniya kubokunun yarımfinalında keçiriləcək “Barselona” – “Real” ilk görüşü Rusiya telekanalı vasitəsi ilə canlı yayımlanacaq.
Qol.az-ın məlumatına görə, oyun “Matç TV” kanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq.
Qeyd edək ki, Azərbaycan və Türkiyə telekanallarında yayımlanmayacaq görüş bu gecə saat 00:00-da başlayacaq.
“Barselona” İspaniya kubokunun yarımfinal mərhələsində “Real” ilk oyun üçün yekun heyətini açıqlayıb.
Klubun rəsmi “Tvitter” hesabının yaydığı xəbərə görə, Kataloniya təmsilçisinin “El-Klassiko” üçün sifariş ərizəsinə 19 futbolçunun adı daxil edilib. Onların arasında komandanın kapitanı Lionel Messinin də adı var. Usman Dembele isə boğazındakı ağrılara görə prinsipial görüşü buraxacaq.
Qapıçılar: Mark-Andre ter Şteqen, İqnasio Penya
Müdafiəçilər: Nelson Semedu, Jerar Pike, Jordi Alba, Serxio Roberto, Karles Alenya, Tomas Vermalen, Ceyson Murilyo, Kleman Laqnle
Yarımmüdafiəçilər: İvan Rakitiç, Filippe Koutinyo, Serxio Busqets, Artur, Karles Alenya, Arturo Vidal
Hücumçular: Lionel Messi, Luis Suares, Malkom, Kevin-Prins Boatenq
Qeyd edək ki, La Liqanın 22-ci turunun “Valensiya” ilə oyununda (2:2) bud nahiyyəsindən zədələnən Messinin “Real”la görüşdə meydana çıxıb-çıxmayacağı sual altında idi.

































