İsmail Kartal yenə istefa verdi
“Fənərbağça” futbol klubunun baş məşqçisi İsmail Kartal istefa ərizəsini klub rəhbərliyinə təqdim edib.
Bu barədə “Haber Global” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, klubun İdarə Heyəti baş məşqçinin istefasını qəbul edib. “Fənərbağça”nın prezidenti Aziz Yıldırım İdarə Heyətinin iclasından sonra klubun təlim-məşq bazasına gedərək İsmail Kartalla yolların ayrılması qərarını təsdiqləyib.
Komandanın yeni baş məşqçisinin Vinçentso Montellanın olacağı gözlənilir.
Xatırladaq ki, təcrübəli mütəxəssis UEFA Çempionlar Liqasında “Fənərbağça” ilə “Roma” arasında keçirilən və 1:1 hesabı ilə başa çatan oyundan sonra da istefa vermişdi. Həmin vaxt Aziz Yıldırım istefanı qəbul etməmişdi
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çinli markalar Mbappe ilə əməkdaşlığı dayandırdı
Şampan, rəqs və sevdikləri: Keyn "Qızıl top"u qazanmasını belə qeyd etdi
“Siti” cəzalanacağından qorxmur: 83 milyona futbolçu alır
Dünya ağırlıqqaldırma çempionatı 2030-cu ildə Moskvada keçiriləcək
Mourinyodan jurnalistlərə irad: Niyə heç biriniz onun haqqında soruşmadınız?
“Yunayted”in 4 namizədi var – Karrikin yerinə
Karrik Brunonun evindəki soyğundan danışdı: "Dəhşətlidir..."