14 icra hakimiyyətində milyonlarla manatlıq maliyyə pozuntusu aşkarlanıb
Publika.az-ın məlumatına görə, Hesablama Palatası tərəfindən 14 yerli icra hakimiyyəti orqanında aparılan təhlil ciddi maliyyə pozuntularını və korrupsiya mexanizmlərini üzə çıxarıb. Bu araşdırma Quba, Tərtər, İmişli, Qusar, Ağcabədi, Zaqatala, Lerik, Şabran, Gədəbəy, Ucar, Cəlilabad rayonları və Mingəçevir, Lənkəran, Şəki şəhərlərini əhatə edir.
“Azpolitika”ya istinadən, həmin icra hakimiyyətlərində yolların təmiri üçün ayrılan milyonlarla manat dövlət vəsaiti qeyri-şəffaf şəkildə xərclənib. İşlərin həcmi süni olaraq şişirdilib və sənədlər işlər bitdikdən sonra saxtalaşdırılıb. Bu səbəbdən ümumilikdə 1 078 610,9 manat artıq ödəniş edilib, lakin bu məbləğ sonradan dövlət büdcəsinə qaytarılıb.
Araşdırma nəticəsində aydın olub ki, bəzi icra hakimiyyətlərində təmir işləri satınalma müqaviləsi bağlandıqdan sonra qısa müddətdə başa çatdırılıb, bu isə tenderlərin formal xarakter daşıdığını göstərir. Eyni zamanda, yolların əsaslı təmirində istifadə edilən qiymətli materiallar qeydə alınmayıb və qanunsuz xərclər smetalara daxil edilib.
Hesablama Palatası, yolların balansa götürülməməsi səbəbindən 23 977 875,5 manat dəyərində yol aktivlərinin mühasibat uçotunda əks olunmadığını bildirib. Bu isə maliyyə hesabatlarının təhrif olunmasına səbəb olub. Palata, aşkar edilən nöqsanlarla əlaqədar zəruri tədbirlərin görülməsi üçün sənədləri aidiyyəti qurumlara təqdim edib və yolların tikintisi sahəsində pərakəndəliyin aradan qaldırılması üçün vahid mexanizmin tətbiqini təklif edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır
Mercedes-Benz 2026-cı il üçün mənfəət proqnozunu azaltdı
ABŞ və Çində yanacaq qiymətləri rekord səviyyəyə çatıb
Global bazarlar süni intellekt optimizmi ilə canlandı
Azərbaycanda bank kartlarının sayı 23 milyonu keçib
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
BMW 8 min işçisini ixtisar edir: Yeddi yeni X5-in dəyəri qədər təzminat