İsraildə seçki şoku: Netanyahu Baş nazir postunu İTİRƏ BİLƏR
İsraildə keçirilən Knesset seçkilərinin ilkin exit-poll nəticələrinə görə, heç bir siyasi blok parlamentdə çoxluğu təmin etmək üçün tələb olunan 61 mandatı qazana bilməyib.
Musavat.com xəbər verir ki, ilkin proqnozlara əsasən, Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi blokun təxminən 50, müxalifətin Eisenkotun liderlik etdiyi blokunun isə 52–53 mandat əldə edəcəyi gözlənilir. Ərəb partiyalarının ümumilikdə 17–18 yerlə təmsil olunacağı proqnozlaşdırılır.
Beləliklə, ilkin nəticələrə əsasən, İsraildə yeni hökumətin formalaşdırılması üçün siyasi bloklar arasında danışıqların və mümkün koalisiya razılaşmalarının əhəmiyyət qazanacağı gözlənilir.
Seçici fəallığı saat 20:00-a olan məlumata görə, 74,3 faiz təşkil edib.
Qeyd edək ki, exit-poll nəticələri ilkin proqnozlardır və rəsmi seçki nəticələrindən fərqlənə bilər.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yaşlılıqda yaddaşı gücləndirən fəaliyyətlər açıqlandı
Dünya iqlim dəyişikliyi ilə bağlı həyəcan siqnalı verir
İngiltərədə RAF Fairford hava bazasına hücum cəhdi ilə bağlı ittihamlar
İsraildə seçkilərdə iştirak 1977-ci ildən bəri ən yüksək səviyyədədir
ABŞ Venesueladan yeni seçkilərin keçirilməsini tələb edir
Tehranda gizli zirvə: Səudiyyə, Pakistan və Türkiyə rəsmiləri İranda