Yaşar Gülərdən Azərbaycanla bağlı önəmli mesaj...
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Məkkə və Bədr sazişlərinin ölkənin beynəlxalq təhlükəsizlik arxitekturasında fəal rol nümayiş etdirdiyini bildirib, Azərbaycan və digər dost ölkələrlə əməkdaşlığın regional təhlükəsizliyə töhfə verdiyini vurğulayıb.
Bu barədə “Haber Global” məlumat yayıb.
Y.Gülər Türkiyənin dəyişən geosiyasi şəraitdə təhlükəsizliyini təmin etmək, milli maraqlarını qorumaq və beynəlxalq sülhə töhfə vermək üçün güclü, müasir və çəkindirici hərbi qüvvələrə malik olmasının vacibliyini vurğulayıb.
ƏLAQƏLİ
VACİBDövlət Baxçalı Türkiyə-Azərbaycan münasibətlərindən yazdı - HADİSƏ KİMİ AÇIQLAMA
Gülər bildirib ki, Türkiyə Şimali Kipr başda olmaqla, Azərbaycan və digər qardaş ölkələrlə hərbi əməkdaşlığı inkişaf etdirir.
Nazir qeyd edib ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə Sazişi birgə müdafiə, çəkindiricilik və hərbi koordinasiya əsasında təhlükəsizlik əməkdaşlığının genişləndirilməsini nəzərdə tutur.
Gülərin sözlərinə görə, ötən həftə Türkiyə, Qətər, Pakistan və İndoneziya arasında imzalanan Bədr Anlaşma Memorandumu isə müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafını, texniki hərbi təlimlərin, bilik və təcrübə mübadiləsinin genişləndirilməsini, birgə istehsal və texnologiyaların inkişafını, eləcə də elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin gücləndirilməsini hədəfləyir.//
Netanyahu İsrail seçkilərində ərəb seçici fəallığına qarşı xəbərdarlıq edib
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Netanyahu İsrail seçkilərində ərəb seçici fəallığına qarşı xəbərdarlıq edib
20 nəfər Somali vətəndaşı Azərbaycanda ali təhsil alacaq
İsraildə seçkilər: Netanyahunun rəqibi ilə gərgin mübarizəsi