İş yoldaşını kəllə ilə vuran iki uşaq atasına cəza kəsildi
Qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən Sahil Qurbanovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Hökmə əsasən Sahil Qurbanov 3 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Sahil Qurbanov “Petrol 100” yanacaq doldurma məntəqəsində işləyən zaman iş yoldaşı Pərviz Pərvizzadəni kəllə ilə vurub.
Nəticədə Pərviz yerə yıxılan zaman başı yerə dəyib və ağır xəsarət alıb.
Hadisəyə səbəb tərəflər arasında yaranan mübahisə olub. Belə ki, müştəri çox olan zaman Sahil Qurbanov Pərvizdən ona kömək etməsini istəyib. Pərviz isə Sahilin bu istəyinə kobud cavab verib. Mübahisə zamanı Sahil Pərvizə başla zərbə endirib.
Sahil Quliyevə qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurça) maddəsi ilə ittiham irəli sürülüb.
Elan olunmuş ittihamla Sahil özünü təqsirli bilməyib. İki uşaq atası olan Sahil deyib ki, başı istəmədən Pərvizə dəyib.
Pərviz məhkəmədə iştirak edən zaman şikayətini geri götürdüyünü və Sahili bağışladığını deyib. O bildirib ki, Sahili törətdiyi əmələ görə Allaha həvalə edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı