17.09.2026 - 12:19
Təhsil 15 baxış

İş saatları dəyişir: Tıxaclar azalacaqmı?

Dövlət qurumlarında iş saatlarının üç fərqli vaxt üzrə təşkilinə başlanılır: 08:00-17:00, 09:00-18:00 və 09:30-18:30. Bu dəyişikliklə əsas məqsəd nəqliyyat sıxlığını azaltmaqdır.

Minval.info xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bu dəyişikliklərin dövlət proqramında yer aldığını və müəyyən təsirlərin olacağını bildirib. Onun sözlərinə görə, tıxacla mübarizədə iş və dərs saatlarının dəyişdirilməsi tətbiq olunan üsullardan biridir.

E.Muradlı qeyd edib ki, bu məsələdə ciddi təhlillər aparılmalıdır. Dövlət və özəl müəssisələrin sayı, işçi axını, işçilərin evdən işləyə bilməsi və iş saatlarının dəyişdirilməsinin təsirləri araşdırılmalıdır. Ekspert vurğulayıb ki, yalnız kabinetdə oturub qərar verməklə məsələ həll oluna bilməz. Məsələn, SOCAR-ın işçilərinin fərqli saatlarda işə gəlməsi və axşam saatlarında da fərqli vaxtlarda işdən çıxması əks təsirlərə səbəb ola bilər.

Ekspert əlavə edib ki, ictimai nəqliyyatla daşınmanın effektivliyi də araşdırılmalıdır. Avtobusların işçiləri müəyyən məntəqələrdən götürüb işə aparması və geri qaytarması mümkündürmü? Bu məsələlərdə çoxlu vacib məqamlar nəzərə alınmalıdır.

Dərs saatlarının dəyişdirilməsi məsələsində isə ekspert şəhərin mərkəzində yerləşən məktəblərin nəzərə alınmasının vacibliyini vurğulayıb. Elm və Təhsil naziri Emin Əmrullayevin fikirlərinə də toxunan E.Muradlı, bəzi insanların bu fikirləri lağlağı obyektinə çevirdiyini bildirib. Nazirlik məktəblərdə təhsilin keyfiyyətinin eyni olduğunu iddia etsə də, praktika fərqli nəticələr göstərir.

İş yerlərində isə onlayn iş rejiminin təklif olunması müsbət qarşılanır, lakin icrası zamanı problemlər yarana bilər. Rəhbərlərin tapşırıqları qanundan üstün tutulur və bu vəziyyətə kim və necə nəzarət edəcək sualı ortaya çıxır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: