İrlandiya yığması Azərbaycanla oyunun hazırlıqlarına itkilərlə başlayıb

İrlandiya milli komandası Azərbaycan yığması ilə keçirəcəyi futbol üzrə 2022-ci il dünya çempionatının seçmə oyunu və Qətərlə yoldaşlıq görüşünün hazırlıqlarına başlayıb.
Minval.info-nun məlumatına görə, Bakıya səfər ərəfəsində iki futbolçu məşqlərdən kənarda qalıb. Mərkəz müdafiəçisi Şeyn Daffi nənəsinin vəfatı ilə əlaqədar icazəlidir, hücumçu Aaron Konnolli isə xəstələnib. Hər iki oyunçu millinin düşərgəsinə Bakıya səfər ərəfəsində qoşulacaq.
Əvəzində hazırlıq prosesində milliyə ilk dəfə dəvət alan 28 yaşlı forvard Uill Kin iştirak edib. O, əvvəllər İngiltərənin müxtəlif yaş qrupları üzrə yığma komandalarının formasını geyinib.
Qeyd edək ki, İrlandiya millisi oktyabrın 9-da Bakı Olimpiya Stadionunda Azərbaycan yığmasının qonağı olacaq, oktyabrın 12-də isə Dublindəki “Aviva” stadionunda Qətəri qəbul edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?