25.06.2018 - 18:44
Siyasət 2 baxış

İranı etiraz aksiyaları bürüdü - VİDEO

İranın paytaxtında milli valyutanın devalvasiyasına görə etiraz aksiyaları başlayıb. 

Oxu.Az xəbər verir ki, bununla bağlı BBC məlumat yayıb.

Məlumatda bildirilib ki, nümayişlər kiçik ticarət obyektlərinin sahiblərinin təşəbbüsü ilə keçirilir. Sosial şəbəkələrdə bir neçə etirazçının həbsi ilə bağlı məlumatlar yerləşdirilib. Etiraz aksiyaları Kerec, Məşhəd, Bender-Abbas şəhərlərində və Keşm adasında qeydə alınıb.

Son günlər İranın milli valyutası “qara bazar”da rekord həddə ucuzlaşıb və hazırda 1 dollar 87 min riala bərabərdir. Bazar ertəsi hökumət valyuta bazarında vəziyyətin normallaşdırılması üzrə tədbirlərin görülməsi üçün təcili müşavirə çağırıb.

2018-ci il aprelin 10-da İran Mərkəzi Bankı ölkədəki bütün valyutadəyişmə məntəqələrini bağlayıb. Buna səbəb kimi milli valıyutanın kursunun stabil saxlanılması göstərilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: