İrandan gələn qadın daxili orqanında narkotik keçirmək istədi - FOTO
İran İslam Respublikasından gələn qadın Astara gömrük postunda saxlanılıb.
Bu barədə qurumun mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.
Şifahi sorğu-sual zamanı qadın üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.
ƏLAQƏLİ
Qaqik Tsarukyanın fırıldaqçılıq ittihamlarına cavabı: milyondolarlıq qalmaqal
Lakin şəxsi yoxlama zamanı onun daxili orqanlarında narkotik vasitə gizlətdiyini ehtimal edilib və o, müayinə olunması üçün Astara Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
Rentgen müayinəsi zamanı vətəndaşın düz bağırsağında 2 ədəd bükümdə, qablaşdırması ilə birgə çəkisi 22 qram olan psixotrop maddə – metamfetamin, 51 ədəd üzərində “M40” yazısı olan “metadon” həbi aşkarlanıb.
Qeyd edək ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na, metamfetamin isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı”na daxildir.
ƏLAQƏLİ
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək