İranda polislər hər iki ayağı sınan siyasi fəalı qəddar şəkildə döydülər – VİDEO
Buşehrdə polisin evinin damından itələməsi ilə yerə yıxılaraq ayaqları sınan iranlı fəal Əhmədrza Axundi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qəddar şəkildə döyülüb.
“Azad İran” “Telegram” kanalı hadisənin baş verdiyi anın görüntülərini paylaşıb.
Kadrlarda evinə polis basqını edilən siyasi fəalın dama çıxaraq “Xameneiyə ölüm” şüarları səsləndirdiyi görünür. Bu zaman onun ardınca gələn polis Axundini itələyir, bununla da kifayətlənməyərək yıxıldıqdan sonra hər iki ayağı sınan və hərəkət edə bilməyən fəalı qəddar şəkildə döyür.
Sosial media fəalları Axundinin durumunun ağır olduğu üçün Buşehr şəhər xəstəxanasına yerləşdirildiyini yazıblar.
O da bildirilir ki, bahalıq və inflyasiyaya qarşı Buşehr şəhərində geniş etiraz dalğasının baş qaldırmasından sonra hər yerə nəzarət edən mülkigeyimli məmurların sayı artırılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şəkidə ziplayn faciəsi: Mərkəzdən ilk açıqlama
Odessa yaxınlığında dron hücumu: İki azərbaycanlı həlak oldu
Qənirə Ataş: "Ölənləri günahlandırmaq ədalətsizlikdir
Zərdabda ad günü sevinci faciə ilə bitdi
90 yaşın sirri: Qəhvə, çəki və idman
Xocalıda ANAMA əməkdaşı minaya düşdü, xəsarət aldı
Qaxda BMW ağaca çırpıldı, sürücü xilas edildi