İran vətəndaşının Azərbaycandan qanunsuz xarici valyuta çıxarmasının qarşısı alınıb
Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Astara gömrük postunda ölkəmizdən İrana gedən həmin ölkə vətəndaşının idarə etdiyi “Jack” markalı yük avtomobili gömrük nəzarətindən keçən zaman ixrac yoxlama xəttində saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.
Bu barədə Minval.info-ya DGK-dan məlumat verilib.
Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.
Yoxlama zamanı yük nəqliyyat vasitəsinin dartıcısının çöl hissəsində və dartıcı ilə qoşqunun arasında yerləşən havalandırma borusunun içərisində gömrük nəzarətindən gizlədilən 22 260 ABŞ dolları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır
Deputat Sergey Çepikov 59 yaşında vəfat etdi