03.11.2022 - 13:24
Dünya 1 baxış

İran-Türkiyə sərhəddində mafiya dəstəsinin 11 üzvü həbs edilib

İran-Türkiyə sərhəddində yanacaq qaçaqmalçılığı ilə məşğul olan mafiya dəstəsinin 11 üzvü həbs edilib.

APA-nın Tehran bürosunun məlıumatına görə, bunu İranın Təhlükəsizlik Nazirliyi (Ettelat) məlumat yayıb. Məlumatda qeyd olunur ki, Bazarqan sərhədində (İran – Türkiyə sərhəd keçid məntəqəsi) beynəlxalq yanacaq qaçaqmalçılığı və quldur dəstə məhv edilib və dəstənin 11 üzvi həbs edilib.

Məlumatda həbs olunan şəxslər haqqında əlavə məlumat verilməyib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: