İran dronları küveyti vurdu: Şimaldakı müəssisə zərər gördü, insan itkisi yoxdur
İranın pilotsuz uçuş aparatları (PUA) Küveytin şimalında yerləşən bir dövlət müəssisəsinə hücum edib.
Minval.info xəbər verir ki, bu barədə Küveyt Müdafiə Nazirliyinin sözçüsü polkovnik Səud əl-Ətvan məlumat verib. O bildirib ki, avqustun 1-də düşmən dronlarının Küveytin hava sərhədlərini pozduğu müəyyən edilib.
Səud əl-Ətvanın sözlərinə görə, hücum nəticəsində ölkənin şimalındakı dövlət obyektinə və Bubiyan adasında fəaliyyət göstərən mülki şirkətin avadanlıqlarına maddi zərər dəyib. Hadisə nəticəsində insan itkisi qeydə alınmayıb.
Xatırladaq ki, iyulun 30-da Küveyt Müdafiə Nazirliyi, ölkənin şimalında yerləşən Çin şirkətinə İran tərəfindən endirilən zərbə nəticəsində bir nəfərin həlak olduğunu açıqlamışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyada fişəng zavodunda dəhşətli yanğın nəticəsində 5 nəfər ölüb
Şuşada avtomobil tank əleyhinə minaya düşdü
Nepalda güclü yağışlar torpaq sürüşməsinə səbəb oldu
Bakıda avtobus sürücüsünün sərnişinə qarşı kobud davranışı
Goranboyda yeniyetmənin ölümü ilə nəticələnən yol qəzası baş verib
Braziliyada məhbus dəmir barmaqlıqları keçərək qaçdı
Hindistanda universitetdə təcavüz iddiası ilə bağlı etirazlar