İrəvanda aksiyalar bərpa edildi, vətəndaş itaətsizliyi elan olundu
İki günlük fasilədən sonra Ermənistan paytaxtında etiraz aksiyaları yenidən bərpa edilib.
Bununla bağlı erməni mediasına istinadən xəbər verir.
Məlumata görə, müxalifət lideri, deputat Nikol Paşinyanın çağırışından sonra çoxsaylı etirazçılar yerli vaxtla saat 12.00-dan etibarən İrəvanın mərkəzi küçələrinə axışıblar və yürüş başlayıb.
N.Paşinyan bazar günündən etibarən vətəndaş itaətsizliyinin davam etdiriləcəyini bəyan edib. Hərəkatın lideri özü isə saat 17.00-da Fransa meydanından başlayacaq və Respublika meydanına istiqamət götürəcək yürüşə qatılacağını elan edib. Saat 19.00-da isə izdihamlı mitinq keçiriləcək.
Paşinyan aprelin 29-30-da aksiyaların davam etdiriləcəyini bildirib. Onun məqsədi mayın 1-də keçiriləcək parlamentin xüsusi iclasında baş nazir postuna seçilməsidir.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Lavrov: “Rusiya nüvə təhlükəsi mövzusunu süni şəkildə şişirtməməyə çağırır”
Politoloq: "Fransa Azərbaycanı bir müstəqil tərəfdaş kimi qəbul edir"
Putin Paşinyanı İlham Əliyevlə tanış etdi
Paşinyan son bir həftədə ikinci dəfə Moskvaya nümayəndə göndərdi
İlham Əliyev Poroşenkonu təbrik etdi