"İrəvan 9 noyabr bəyanatını ABŞ planıyla həyata keçirmək istəyir" - Tevanyan
Ermənistan hakimiyyəti Rusiyanın vasitəçiliyi ilə 9 noyabr 2020-ci il tarixdə Qarabağla bağlı üçtərəfli bəyanat imzalasa da, gedib ABŞ-da Ermənistan-Azərbaycan proseslərini həll etməyə çalışır.
AzVision.az xəbər verir ki, bunu “Hayastan” müxalifət fraksiyasının deputatı Andranik Tevanyan parlamentdə Laçın dəhlizi ilə bağlı keçirilən dinləmələrdə çıxışı zamanı deyib.
Ermənistan hakimiyyəti Rusiyanın vasitəçiliyi ilə 9 noyabr 2020-ci il tarixdə Qarabağla bağlı üçtərəfli bəyanat imzalasa da, ABŞ-da Ermənistan-Azərbaycan proseslərini həll etməyə çalışır. xəbər verir ki, bunu “Hayastan” müxalifət fraksiyasının deputatı Andranik Tevanyan parlamentdə Laçın dəhlizi ilə bağlı keçirilən dinləmələrdə çıxışı zamanı deyib: “Bu təkcə nonses deyil, həm də Ermənistanın təhlükəsizliyinə olan birbaşa təhdiddir. Hakimiyyət üçtərəfli bəyanatın həyata keçirilməsini Vaşinqton planı ilə təklif edir. Qərbin Qarabağ və Ermənistanda hərbi alətləri, təhlükəsizlik mexanizmləri olmadığından, onların həmin bölgənin Azərbaycanın bir hissəsi olduğunu bəyan etməsi təbiidir. Qərbin ərazini “qorumaq” üçün heç bir aləti də yoxdur”.
Onun sözlərinə görə, Qərbin məqsədi Ermənistanda Rusiya hərbi mövcudluğuna son qoymaqdır ki, bu da ölkə üçün son dərəcə təhlükəlidir.
“Bəli, Qərb bizim üçün düşmən deyil, dostdur. Lakin onların Rusiya və İranla geosiyasi problemləri var. Ermənistan əslində Praqada anti-Rusiya və anti-İran planlarının həyata keçirilməsi üçün sövdələşmə obyekti olmağa razılaşdı”,- deputat deyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paşinyan: Baş nazir olduğum günə lənət olsun
Mariya Zaxarovanın mahnısı dinləyicilərlə görüşdü
Merts Almaniyada etirazçıların hədəfində: "Rədd ol!" şüarı
Meloni İtaliyada yeni siyasi rekord qırdı
Putindən Zelenskiyə cavab: "Terrorçularla danışıqlar aparılmır"