Bağdad Bəyannaməsində Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə edilib
Baku.ws-ın məlumatına görə, İraqın paytaxtı Bağdadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 52-ci sessiyası baş tutub. Sessiyada Azərbaycanı xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Tədbirdə İƏT üzv dövlətlərinin gündəliyində olan aktual məsələlər, regional və beynəlxalq çağırışlar müzakirə edilib. Əsas plenar iclasda “Sülh və davamlı inkişafın təşviqində dialoq və həmrəylik – iki əsas sütun” mövzusuna həsr olunmuş xüsusi sessiya keçirilib.
Yalçın Rəfiyev çıxışında regionda hərbi qarşıdurmalar və artan gərginliklə bağlı narahatlığını ifadə edib, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə toxunub. Sessiyanın yekununda qəbul edilən Bağdad Bəyannaməsində Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı müddəa əks olunub.
Bəyannamədə iki dövlət arasında sülh və münasibətlərin təsis olunması haqqında sazişin paraflanması alqışlanıb. Ermənistan tərəfinə sülh sazişinin imzalanması istiqamətində qalan hüquqi və siyasi əngəllərin aradan qaldırılması çağırışı edilib.
Bununla yanaşı, Azərbaycan nümayəndəsi Aydın Səfixanlı İƏT Müstəqil Daimi İnsan Haqları Komissiyasına üzv seçilib. Sessiya çərçivəsində Yalçın Rəfiyev müxtəlif ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlər keçirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı
Almaniyadan xəbərdarlıq: Avropa müharibəyə hazır olmalıdır!