iPhone 13 modellərinin satış qiymətləri ortaya çıxdı

Apple artıq gələn ay yeni iPhone 13 smartfon seriyasını təqdim edəcək. iPhone 12 mini modelinin aşağı satış göstəricilərinə baxmayaraq Apple bu il də mini modelini təqdim edəcək.
Beləliklə gələn ay bizləri yenidən 4 iPhone modeli gözləyir:
ƏLAQƏLİ
Yeni iphone modeli təqdim olunmadan sirri açıldı: Qoruyucu üzlükdən ipucları!
iPhone 13 mini, iPhone 13, iPhone 13 Pro və iPhone 13 Pro Max. İndi isə internetdə yeni iPhone modellərinin satış qiymətləri ortaya çıxıb. Trandforce adlı analitik şirkətin verdiyi məlumata əsasən Apple bu ilki iPhone modellərinin qiymətlərində dəyişiklik etməyəcək.
Lakin buna baxmayaraq onların qiymətləri aşağı da olmayacaq.
Təqdim olunacaq iPhone 13 modellərinin qiymətlərinin iPhone 12 modellərinin qiymətləri ilə eyni səviyyədə olacaqlarının əsas səbəbi ondan ibarətdir ki, iPhone 13 modellərində elə də təəccübləndirici yeniliklər olmayacaq.
ƏLAQƏLİ
Meta və microsoft əməkdaşlığının arxasındakı milyonlar: Süni intellektdə yeni dövr?
Beləliklə iPhone 13 mini modeli daxili yaddaş həcmindən asılı olaraq 699$, 749$ və 849$-a satılacaq. Adi iPhone 13-ün müxtəlif daxili yaddaş göstəricili hər bir versiyası isə 100$ baha satılacaq. iPhone 13 mini ilə iPhone 13 modelləri 64/128/256 GB daxili yaddaş həcminə sahib olacaqlar.
iPhone 13 Pro və iPhone 13 Pro Max modellərinə gəldikdə isə onların da qiymətlərində dəyişikliyin olmayacağı gözlənilir.
Belə ki, iPhone 13 Pro Max daxili yaddaş göstəricisindən asılı olaraq 1099$, 1199$ və 1399$-a satılacaq. Adi iPhone 13 Pro-nun müxtəlif daxili yaddaş göstəricili hər bir versiyası isə 100$ ucuz satılacaq. Pro modellər 128/256/512 GB daxili yaddaş həcmi ilə təchiz olunacaqlar.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların təhlükəsizliyi üçün yeni tələblər gündəmdə
OpenAI-nin yeni "astra" modeli: Təhlükəmi, yoxsa irəliləyiş?
Apple Telegram-ı App Store-dan sildi – Səbəb açıqlandı
Bakıda iPhone 17 qiymətləri niyə yüksəkdir?
Çində süni intellekt texnologiyasında mühüm irəliləyiş