İnsanlar işğaldan azad olunan ərazilərə necə keçir? - AÇIQLAMA
Artıq ötən gün işğaldan azad edilmiş ərazilərə keçənlərlə bağlı 15-ci fakt qeydə alınıb. İşğaldan azad edilmiş ərazilərdə ictimai təhlükəsizliyin təmin olunması üçün görüləcək bütün zəruri tədbirlər müəyyən olunaraq icraya yönləndirilib.
Bu sözləri DİN-in mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, keçmiş təmas xətti adlandırdığımız ərazinin uzunluğu 246 kilometrdir:
“Cənubdan şimala doğru olan bu məsafədə azad olunmuş ərazilərə keçmək üçün müəyyən postlar var. Postlardan yayınaraq, ara yollarla, günün qaranlıq saatlarında, dumanlı hava şəraitində işğaldan azad olunmuş ərazilərə keçənlər həmin ərazilərə yaxın yerlərdə yaşayan sakinlərdir. Bu ərazilərdə bir neçə post var. Lakin nəzərə alsaq ki, ərazidə istehkam qurğuları var, insanlar kifayət qədər asan şəkildə dövlət orqanlarının nüməyəndələrinin nəzərindən yayınaraq işğaldan azad olunan ərazilərə daxil ola bilirlər.
Lakin dövlət burada təkcə inzibati metodların deyil, əhalinin maarifləndirilməsinin, ayıq-sayıq olmasının marağındadır. O ərazilərdə təhlükəli vəziyyət var. Müəyyən olunan faktlar arasında bir ailənin bir neçə üzvünün öldüyünə dair məlumat vardı. Bu da onu göstərir ki, vətəndaşların ehtiyatsızlığı və etinadsızlığı ölümlərə səbəb olur.
İşğaldan azad edilən ərazilərə qanunsuz yollarla keçənlərin əksəriyyəti öz yaxınlarının məzarını ziyarət etmək üçün belə bir addım atır. Cəmiyyət olaraq bunun hazırki vəziyyətdə təhlükəli olduğunu dərk etməliyik və bu kimi hərəkətlərə yol vermək istəyən şəxsləri fikrindən daşındırmalıyıq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026
Sabahın hava proqnozu açıqlandı
Bakıda Binəqədi və Sabunçu rayonlarında yollar təmirə görə bağlanır
Azərbaycanda pulsuz hüquqi yardım sistemi təklif olunur
Əli Nağıyev Azərbaycanın itkin düşmüş şəxslərinin sayını açıqladı
Suriyadan Azərbaycana 13 vətəndaşın repatriasiyası baş tutdu