Suriyadan Azərbaycana 13 vətəndaşın repatriasiyası baş tutdu
Azərbaycan hökumətinin həyata keçirdiyi mərhələli və koordinasiyalı tədbirlər nəticəsində 6 oktyabr tarixində Suriya Ərəb Respublikasından 13 nəfər Azərbaycan vətəndaşı ölkəyə repatriasiya edilib. Bu şəxslərin arasında 6 qadın və 7 uşaq yer alır.
Minval.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlik bildirib ki, əvvəlcə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti təsdiqlənib.
Xarici ölkələrdə böhran vəziyyətində olan Azərbaycan vətəndaşlarının repatriasiyası üçün məsul dövlət qurumlarından ibarət İşçi Qrupunun üzvləri Suriyaya ezam olunub. Orada repatriantların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib.
Daha sonra, Azərbaycan Respublikasının Suriya və Türkiyədəki səfirlikləri və İstanbul Baş Konsulluğu ilə əlaqələndirilərək vətəndaşlarımıza qayıdış şəhadətnamələri və təyyarə biletləri təqdim edilib. Onlar bu sənədlərlə Azərbaycana gətirilib.
Gələcəkdə repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üçün tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan hökuməti, xarici ölkələrdəki silahlı münaqişələrin qurbanı olan vətəndaşların repatriasiyası üçün işlərini davam etdirəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda Binəqədi və Sabunçu rayonlarında yollar təmirə görə bağlanır
Azərbaycanda pulsuz hüquqi yardım sistemi təklif olunur
Əli Nağıyev Azərbaycanın itkin düşmüş şəxslərinin sayını açıqladı
Abşeron və Bakının 5 rayonunda su təchizatı dayandırılacaq
Bakıda və Abşeronda su təchizatında müvəqqəti fasilə olacaq
Korrupsiya barədə məlumat verənlərə PUL VERİLƏCƏK
Baş Dövlət Yol Polisi sürücülərə vacib xəbərdarlıq edib