07.10.2026 - 13:48
Sabahın hava proqnozu açıqlandı
Ölkə 5 baxış

Sabahın hava proqnozu açıqlandı

Bakı və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi şəhərətrafı ərazilərdə gündüz saatlarında qısamüddətli yağış yağma ehtimalı mövcuddur. Səhər saatlarında bəzi yerlərdə duman müşahidə ediləcək və şimal-qərb küləyi əsəcək.

Minval.info xəbər verir ki, havanın temperaturu gecə 15-18° isti, gündüz isə 19-23° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək, nisbi rütubət isə gecə 70-75 %, gündüz 55-60% arasında dəyişəcək.

Ölkənin digər rayonlarında isə hava əsasən yağmursuz keçəcək, lakin günün birinci yarısında bəzi şərq rayonlarında qısamüddətli yağış və şimşək çaxacağı proqnozlaşdırılır. Gecə və səhər saatlarında duman ehtimalı var, külək isə şərqdən əsəcək.

Rayonlarda havanın temperaturu gecə 12-17° isti, gündüz 21-26° isti olacaq. Dağlıq ərazilərdə isə gecə 2-7° isti, gündüz isə 13-18° isti gözlənilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: