07.10.2026 - 13:06
Bakıda Binəqədi və Sabunçu rayonlarında yollar təmirə görə bağlanır
Ölkə 4 baxış

Bakıda Binəqədi və Sabunçu rayonlarında yollar təmirə görə bağlanır

Bakının Binəqədi və Sabunçu rayonlarında yolların təmiri ilə əlaqədar olaraq oktyabrın 7-dən etibarən nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyətlər tətbiq ediləcək.

Minval.info xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) bu barədə rəsmi məlumat yayıb. Bildirilir ki, təmir işləri oktyabrın 7-də saat 15:00-dan etibarən başlayacaq.

Təmir işləri Binəqədi rayonunun Binəqədi qəsəbəsində Cəfər Cabbarlı küçəsində, eləcə də Sabunçu rayonunda Zabrat-Maştağa şosesinin Elşən Məhərrəmli küçəsi ilə kəsişməsindən Dövlət Gömrük Komitəsinin Akademiyasının qarşısına qədər olan hissəsində aparılacaq. Hər iki istiqamətdə işlər davam etdiriləcək.

Sabahın hava proqnozu açıqlandı ƏLAQƏLİ
Bunu da oxu

Sabahın hava proqnozu açıqlandı

07.10.2026 - 13:48

AAYDA sürücülərə alternativ yollardan istifadə etməyi və hərəkət zamanı diqqətli olmağı tövsiyə edir. Bu tədbirlər sürücülərin təhlükəsizliyini təmin etmək və nəqliyyatın fasiləsizliyini qorumaq məqsədi daşıyır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: