28.08.2021 - 17:49
İdman
19 baxış
İngiltərə Premyer Liqası: "Mançester Siti" "Arsenal"ı darmadağın edib

Futbol üzrə İngiltərə Premyer Liqasında III tura start verilib.
“MİNVAL.İNFO”un məlumatına görə, açılış oyununda “Mançester Siti” “Arsenal”la qarşılaşıb. “Etihad” stadionunda keçirilən görüşdə meydan sahibləri “topçular”ı darmadağın edib – 5:0.
“Şəhərlilər”in heyətində qolları 7-ci dəqiqədə İlkay Gündoğan, 12 və 84-cü dəqiqələrdə Ferran Torres, 43-cü dəqiqədə Qabriel Jesus və 53-cü dəqiqədə Rodri vurub. Qonaqlar 35-ci dəqiqədən sonra azlıqda oynayıb. London təmsilçisində Qranit Caka qırmızı vərəqə ilə meydandan qovulub.
Qeyd edək ki, bu qələbədən sonra xallarını 6-ya çatdıran “Mançester Siti” liderliyə yüksəlib. Xalı olmayan “Arsenal” isə sonuncudur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
19.09.2026 - 14:29
Messi İspaniya klubunu almağa hazırlaşır
19.09.2026 - 10:59
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
18.09.2026 - 08:58
Messi MLS-də 100-cü qolunu vurdu!
17.09.2026 - 21:53
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
17.09.2026 - 12:54
Kiyevə hücum: Bir ölü, on bir yaralı
16.09.2026 - 20:12
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
13.09.2026 - 21:38
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
13.09.2026 - 16:51