İmişlidə gecə yarısı dəhşətli qəza: Yaralıların durumu necədir?
İmişli şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin vəziyyəti məlum olub.
Minval.info xəbər verir ki, İmişli rayonu ərazisində baş verən qəza nəticəsində üç nəfər xəsarət alıb. Xəsarət alanlar – bir kişi və iki qadın – avqustun 7-də gecə saatlarında İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Onlara qapalı kəllə-beyin travması, alının sağ qaş nahiyəsinin əzilmiş yarası, hər iki aşağı ətrafın sıyrılmış yarası və qarının küt travması diaqnozları qoyulub. 2011-ci il təvəllüdlü qadın və 1989-cu il təvəllüdlü kişi ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb. Vəziyyəti orta ağır olan 1986-cı il təvəllüdlü qadın isə Sabunçu Tibb Mərkəzinə təxliyə edilib.
Hadisə avqustun 7-də saat 23:00 radələrində baş verib. İmişli sakini Səfər Əzizovun idarə etdiyi “Mercedes Benz” markalı avtomobil Ramil Muradovun idarə etdiyi BMW markalı avtomobillə toqquşub. Nəticədə “Mercedes”də olan iki sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gömrük əməliyyatı: meyvə şirəsi yükündə metamfetamin aşkarlandı
VACİB"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - VİDEO
Ərini çapacaqla yaralayan qadından məhkəmədə gözlənilməz tələb
Türkiyədə səkkiz nəfəri qətlə yetirən şəxsin ifadəsi ortaya çıxdı
ABŞ-ın varlı şəhərində dəhşətli hadisələr: Ölənlər arasında türklər də var
Avropada daha bir sərnişin təyyarəsində bomba həyəcanı: təcili eniş