İlham Zəkiyev: "İki barmağım sınıb"

“Bu, mənim 5-ci paralimpiadam idi. Buradan da əliboş qayıtmıram. Bürünc medalla vətənə dönürəm. Rəqiblərim isə çox çətin idi”.
“Minval.info”un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanan Azərbaycan paracüdoçusu İlham Zəkiyev deyib.
100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan ikiqat paralimpiya çempionu ilk görüşdə Britaniya təmsilçisini məğlub etdiyini xatırladıb: “Onunla daha əvvəl 4 dəfə qarşılaşmışdım. Hamısında da qalib gəlmişəm. İkinci görüşüm isə ikiqat paralimpiya çempionu təcrübəli koreya idmançısına qarşı oldu. Güləş zamanı ayağımın iki barmağı sındı. Bunu biruzə vermədim. Bu səbəbdən güləşmək alınmadı və məğlub oldum. Həkim məndən soruşdu ki, yenə güləşəcəksən? Dedim ki, ayağımı bağla, davam edəcəyəm. Çünki biz qalib ölkənin əsgərləyirik. Ordumuzun əsgərləri yaralandıqları vəziyyətdə belə döyüşüb. Azərbaycan əsgəri heç vaxt təslim olmayıb. Mən növbəti rəqibimə bildirmədim ki, barmaqlarım ağrıyır. Güləşdim və vətənə bürünc medalla dönürəm”.
Zəkiyevin sözlərinə görə, cüdo komandası Tokiodakı yarışda çox yaxşı çıxış edib: “6 qızıl və 2 bürünc medalla ölkəyə qayıdırıq. Biz sübut etdik ki, Azərbaycanda cüdo var və cüdoçularımız dünya şöhrətlidir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azarkeşlər Mahir Emrelini seçdilər
A seriyası təxirə salınmış qarşılaşmalarla bərpa ediləcək
“Sabah” yeni transferi ilə vidalaşdı
Eljero Elia: “Messi tanrıdırsa, dünyanı düzəltsin”
Tokioda keçiriləcək 2020 Olimpiadasında Azərbaycandan nə gözlənilir?
Güləşçimiz son dünya çempionu olan ermənini belə məğlub etdi - VİDEO
Messidən daha bir REKORD: Cənubi Amerikada