İlhamənin oğlundan azadlığa buraxılandan sonra ilk açıqlama
Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov azadlığa buraxılandan sonra ilk dəfə mətbuata danışıb.
O.Nadirov “Ölkə.Az”ın əməkdaşıyla söhbətində bunları deyib:
“Hələ mətbuata danışmaq istəmirəm. Amma bir neçə gün sonra məhz sizin saytınıza geniş müsahibə verib, indiyə qədər baş verənləri detallarına qədər açıqlayacağam. Bu müddət ərzində mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Xüsusi təşəkkürüm isə Binəqədi Rayon Məhkəməsinin hakimi Mirheydər Zeynalovadır. Onun işə obyektiv baxmasının nəticəsində hazırda azadlıqdayam”.
Qeyd edək ki, O.Nadirov Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq: xeyli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunurdu. Onun barəsində şərti cəza və min manat cərimə qərarı çıxarılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Binədəki dəhşətli qəzanın səbəbi açıqlandı - YENİ VİDEO
Həkim xəstənin başına oyun açdı... - Azərbaycanda (Video)
"DİM-in ləğvini tələb edənlərin biznes marağı var" - Millət vəkili
AzTV-dən cavab: "Düşmən koronavirusdur!