İlham Əliyevdən yeni TƏYİNAT
Mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyinat olub.
Minval.info xəbər verir ki, prezident İlham Əliyevin imzaladığı sərəncamla Vaqif Qadir oğlu Əliyev Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Vaqif Əliyev 1953-cü il iyul ayının 17-də anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib. 1975-1982-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Təbii Ehtiyatların Kosmik Tədqiqatları İnstitutunda mühəndis, kiçik elmi işçi, qrup rəhbəri, baş müəllim vəzifələrində işləyib.
1982-1988-ci illərdə Azərbaycan Dövlət Universiteti komsomol komitəsinin katibi, 1988-1994-cü illərdə BDU-nun fizika fakültəsində baş müəllim vəzifəsində çalışıb.
1994-2001-ci illərdə gənclər, idman nazirinin I müavini, 2001-2003-cü illərdə isə gənclər, idman və turizm nazirinin I müavini vəzifəsində çalışıb. 2003-cü ildən 2011-ci ilə kimi Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutub.
18 fevral 2011-ci il prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Vaqif Əliyev mədəniyyət və turizm nazirinin I müavini təyin olunub. Fizika-riyaziyyat elmləri namizədidir (1980).
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Almaniya konsulluğunu bağlayır: Gərginlik artır
Kompensasiya təklifi: 90 min yox, 180 min!
AfD Almaniyada seçkilərdə tarixi zəfər qazandı
Üç övladlı ailələrə 420 manat müjdə!
Paşinyan: Baş nazir olduğum günə lənət olsun
Mariya Zaxarovanın mahnısı dinləyicilərlə görüşdü
Merts Almaniyada etirazçıların hədəfində: "Rədd ol!" şüarı