İlham Əliyev: “Ermənistan ərazi bütövlüyümüzü şübhə altına alır və bizi də analoji addımlar atmağa vadar edir”
“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alır və Azərbaycanı da onun ərazi bütövlüyünə qarşı analoji addımlar atmağa vadar edir”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.
“Ermənistan bizim ərazi bütövlüyümüzü şübhə altına almaqda davam edərsə Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü şübhə altına almaqdan başqa çıxış yolu qalmayacaq”, – dövlət başçısı deyib.
Prezidentin sözlərinə görə, tarix baxımından Azərbaycanın buna daha çox haqqı çatır: “Çünki ötən əsrin tarixi göstərir ki, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan 6 ay sonra – 1920-ci ilin noyabr ayında sovet hakimiyyəti ölkəmizin tarixi ərazisi olan Zəngəzuru bizdən alıb Ermənistana birləşdirib. Bu səbəbdən, əgər Ermənistan Qarabağ erməniləri üçün status tələb etməkdə davam edərsə niyə azərbaycanlılar Qərbi Zəngəzur üçün status tələb etməsinlər? Çünki bu ərazinin əhalisi tamamilə azərbaycanlılardan ibarət olub”.
Azərbaycan lideri diqqətə çatdırıb ki, bu yol dalana dirənir: “Ermənistan hökuməti İkinci Qarabağ müharibəsindən dərs çıxarmalı və Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda yeni səfirlik açılıb - FOTO
"Rusiya Qarabağ münaqişəsinin həllini istəmir" — Komitə sədrindən AÇIQLAMA
Siyavuş Novruzovdan Lavrova: “Suyunuz süzülə-süzülə qayıtdınız”
14 yaşlı qızını öldürən ana niyə əfv edilib? - KOMİSSİYA AÇIQLADI
Azərbaycanda müəllimlərə maaşla bağlı ŞAD XƏBƏR
NATO Rusiyanı “mühasirə”yə alır - Ərazisi mübahisə predmetinə çevrilə bilər
Bakıda bu apteklərdə nöqsanlar aşkarlandı
