İlduzə hacıyevanın məhkəməsi: Arzumun taleyi qeyri-müəyyənlikdə qaldı
Tanınmış tiktoker İlduzə Hacıyevanın, “Arzum 999” ləqəbi ilə tanınan şəxsin, yol-nəqliyyat hadisəsi ilə bağlı apellyasiya məhkəməsi qeyri-müəyyən vaxta təxirə salınıb. Hadisə nəticəsində bir nəfər həyatını itirmiş, digər şəxs isə ağır yaralanmışdı.
Minval.info xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda zərərçəkmiş tərəfin vəkili hakim heyətinə etirazını bildirdi. Lakin məhkəmə bu etirazı qəbul etmədi. Prosesdə zərərçəkmiş Sənubər Muradova ifadə verərək, hadisənin baş verdiyi anı təsvir etdi və qəzadan sonra eşitmə qabiliyyətini itirdiyini qeyd etdi.
Şahid İlham İbrahimov isə hadisə zamanı “Bravo” mağazası yaxınlığında olduğunu və qəza səsini eşidərək hadisə yerinə getdiyini bildirdi. O, İlduzə Hacıyevanı xəstəxanaya apardığını və orada 30 dəqiqə qaldığını söylədi.
Məhkəmə sənədlərin tədqiqi mərhələsinə keçərək, müdafiə vəkillərinin qəzanın səbəblərinin araşdırılması və avtotexniki ekspertiza təyin edilməsi ilə bağlı vəsatətini təmin etdi. Ekspertiza nəticələri təqdim olunana qədər məhkəmə qeyri-müəyyən vaxta təxirə salındı.
Xatırladaq ki, Xəzər Rayon Məhkəməsinin qərarı ilə İlduzə Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub. Hadisə 2025-ci ilin iyun ayında Mərdəkan qəsəbəsində baş vermişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dələduzluq əməliyyatı: 7 nəfər saxlanıldı
Telefon ekranındakı yaşıl və narıncı nöqtələr nədir?
Keçmiş icra başçısının əmlakı satışa çıxarıldı
Milyonluq dələduzluq: Məhkəmədə yeni iddialar
Neftçi çətin oyunlar öncəsi hazırlıqlara başlayır
Bakıda milyonluq ev saxta sənədlərlə satıldı!
DTX beş ölkədə terror əməliyyatı keçirdi