İki nazir müavini və xüsusi tapşırıqlar üzrə səfirlər cəbhə bölgəsində

Xarici İşlər Nazirliyinin (XİN) rəhbər heyəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib.
XİN-in Mətbuat xidmətindən Minval.İnfo-a verilən məlumata görə, səfərdə xarici işlər nazirinin müavinləri – Ramiz Həsənov və Nadir Hüseynovun rəhbərliyi altında xüsusi tapşırıqlar üzrə səfirlərdən və struktur bölmə rəhbərlərindən ibarət nümayəndə heyəti iştirak edib.
Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyinin qeyd olunduğu cari ildə həyata keçirilən bu səfərin əsas məqsədi 2016-cı ilin aprel döyüşlərinin ildönümündə düşmən işğalından azad edilmiş ərazilərimizə baş çəkmək, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgər və zabit heyəti ilə görüşmək, eləcə də Cocuq Mərcanlı kəndində aparılmış abadlıq işləri və təmin edilmiş təhlükəsizlik vəziyyəti ilə yaxından tanışlıq olub.
Səfər çərçivəsində Fizuli rayonunun Horadiz şəhərində aprel şəhidlərinin xatirəsinə ucaldılan abidə qarşısında əklil qoyulub, Cəbrayıl Rayon İcra Hakimiyyətinin iştirakı ilə Cocuq Mərcanlı kəndinin sakinləri ilə görüş keçirilib, Cocuq Mərcanlı məscidinə baş çəkilib. Eyni zamanda Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgər və zabit heyəti ilə görüş keçirilib. Həmçinin aprel zəfərinin ildönümü ilə əlaqədar şəhidlərimizin xatirəsinə ağac əkilib.
“Ölkəmizin Silahlı Qüvvələrinin ön cəbhədə nümayiş etdirdiyi qəhrəmanlıq və şücaət Azərbaycan diplomatları tərəfindən hər zaman dəstəklənir və ölkəmizin maraqlarının beynəlxalq müstəvidə daima layiqincə qorunması istiqamətində davamlı addımlar atılır”, – XİN-dən bildirilib.
Minval.İnfo / Samral
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zakir Qaralov hərbi prokuror təyin etdi
39 dərəcə isti olacaq - PROQNOZ
Əhaliyə XƏBƏRDARLIQ: İyunun 11-dək...
Sumqayıtda 34 yaşlı qadın döyülüb
Azərbaycanda xurma bahalaşdı
Prezident bu şəxslərə fəxri ad verdi – SİYAHI
Daha bir məmur ailəsi ilə koronavirusa yoluxdu