İki azyaşlı övladını atan ana: “Gecə evdən çıxıb qaçdım”
Bərdə rayonunda küçədən tapılan iki azyaşlı uşağın valideynləri barədə araşdırma aparılır.
Minval.info xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.
Onun sözlərinə görə, məsələ ilə bağlı Bərdə Rayon İcra Hakimiyyətinin nəzdində komissiya yaradılıb:
“Hazırda bu istiqamətdə Bərdənin yerli Qəyyumluq və Himayəçilik komissiyası tərəfindən monitorinq aparılır. Valideynlərin dəqiqləşdirilməsinə çalışılır. Hər bir halda valideynlərin uşaqlara qarşı mövqeyi doğru deyil. Azyaşlıların mövqeyi müdafiə edilməlidir. Amma Komitə hadisəyə fikir bildirmək üçün komissiyanın verəcəyi yekun qərarı gözləyir. Araşdırmanın nəticəsinə əsasən, həmin valideynlər valideynlik hüququndan tamamilə məhrum edilə bilərlər”.
Uşaqların anası – Qazax rayonunun Kəmərli kənd sakini Yeganə Nemət qızı Osmanova Report-a açıqlamasında bildirib ki, körpələri maddi çətinlik səbəbindən atıb:
“Bir müddət kafedə və çay evlərində işlədim. Kirayə ev tapmışdım, günə iki manat pul verirdim. Sonra işdən çıxdım və kirayə pulunu verə bilmədim. Bildim ki, ev yiyəsi bizi çıxaracaq, ona görə özüm gecə evdən çıxaraq qaçdım, uşaqları isə evdə saxladım. Sonra ev yiyəsi mənim gəlmədiyimi görüb uşaqlarımı bizi o evə aparan iş yoldaşıma verib”.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, dünən axşam saatlarında Bərdə rayonunda yolun kənarından bacı-qardaş olan iki azyaşlı tapılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tələbəni universitetdən qovmaq çıxış yoludurmu? – AÇIQLAMA
VACİBUniversitetdən qovulan tələbə DANIŞDI: "Mənə təzyiq edirdilər"
VACİBRamiz Mehdiyev məhkəməyə getməmək üçün görün nə etdi
Cavid Qurbanovun əmisi oğlu HƏBS OLUNDU? - SƏBƏB
VACİBNiyam Salami Şəki Yaylası sahibini ittiham etdi