İdmançılarımız I MDB Oyunlarını 60 medalla başa vurdular

Azərbaycan idmançıları Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunlarını 60 medalla başa vurublar.
“Minval.info” xəbər verir ki, yarışlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunub. İdmançılarımız badminton (8 idmançı), basketbol (4), boks (8), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9) və muaytay (tayboks, 6) idman növlərində mübarizə aparıblar.
Altmış medaldan 15-i qızıl, 16-sı gümüş, 29-u isə bürüncdür. Azərbaycan medal əyarında 4-cü, medal sayında 5-ci yeri tutub.
Qeyd edək ki, birinci MDB Oyunlarında 9 ölkə mübarizə aparıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
21-ci əsrin ən yaxşı bombardiri karyerasını bitirdi
Robert Levandovski Çempionlar Liqasında yeni rekorda imza atıb
Bakıdan Madridə – iki finalın fərqli mənzərəsi
Ramil Şeydayev “Dinamo”ya keçidindən danışdı: Bir az düşündüm
Avropanın məşhur klubunu almaq istəyən azərbaycanlı iş adamı kimdir?
UEFA "Qarabağ"ın afrikalı futbolçusunu fərqləndirib