İcra başçısının qəfil ölümünün səbəbi barədə iddia: "Zəhərlənib..."
Bu gün qəfil dünyasını dəyişən Naftalan şəhərinin icra başçısı Rövşən İbrahimovun dəm qazından boğulduğu bildirilib.
Minval.info xəbər verir ki, bu barədə icra başçısının qonşuları məlumat verib. Qeyd edilir ki, başçı Yasamal rayonunda yaşayırmış.
“Yaşadığımız bina 1990-cı ildə istifadəyə verilib, amma baca o vaxtdan bir dəfə də təmizlənməyib”, – o deyib.
Onun sözlərinə görə, hadisə baş verən vaxt onun həyat yoldaşı işdə olub: “Həyat yoldaşı Yasamaldakı 286 saylı məktəbdə müəllimə işləyir. Qonşuların dediyinə görə, hadisə baş verən vaxt başçısının həyat yoldaşı evdə olmayıb. Rövşən müəllim özü isə hamamda olub və dəm qazından da orada zəhərlənib”.
F.Asimqızı onu da deyib ki, R.İbrahimovun Londonda təhsil alan oğlu faciə barədə məlumatlıdır və hazırda Bakıya qayıdır.
Səhiyyə Nazirliyindən saytımıza bildirilib ki, R.İbrahimovun dəm qazından dünyasını dəyişməsi barədə onlarda məlumat yoxdur:
“Rəsmi müraciət olunarsa, fakt araşdırılacaq”, – SN mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, bu gecə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı, 1967-ci il təvəllüdlü Rövşən İbrahimov dünyasını dəyişib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tələbəni universitetdən qovmaq çıxış yoludurmu? – AÇIQLAMA
VACİBUniversitetdən qovulan tələbə DANIŞDI: "Mənə təzyiq edirdilər"
VACİBRamiz Mehdiyev məhkəməyə getməmək üçün görün nə etdi
Cavid Qurbanovun əmisi oğlu HƏBS OLUNDU? - SƏBƏB
VACİBNiyam Salami Şəki Yaylası sahibini ittiham etdi