İcra başçısının biznesinə nəzarət edən şəxs qəzada öldü: Maşın da icra başçısına məxsusdur
Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədən şəxs icra başçısının adamı imiş. Avtomobil isə icra başçısınındır.
Musavat.com xəbər verir ki, dünən Füzuli rayonu Babı kəndi ərazisində 10 BK 050 dövlət nömrə nişanlı “VAZ-21214” markalı avtomobil aşıb. Qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub. Avtomobil yol kənarına çıxaraq, bir neçə dəfə aşıb.
Sürücü Füzuli rayon 3-cü Zobucuq qəsəbə sakini Fuad Əliyev hadisə yerində dünyasını dəyişib. Sərnişin isə xəsarət alıb.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Əldə etdiyimiz məlumata görə, dünyasını dəyişən Fuad Əliyev Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin yaxın adamıdır.
“Fedya” ləqəbi ilə tanınan Fuad Əliyev icra başçısının fermer təsərrüfatına nəzarət edirmiş. İcra başçısının quşçuluq sahəsi üzrə yaratdığı biznes əsasən Fuad Əliyevin nəzarətində imiş.
Onu da qeyd edək ki, Fuad Əliyevin idarə etdiyi avtomobil də icra başçısına məxsusdur.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı