İcra başçısını təhqir edən şəxs yol bağladı və həbs edildi
Ağcabədi rayonunun Şahsevən Təzəkənd kəndində baş verən hadisə nəticəsində bir nəfər inzibati qaydada həbs olunub.
Minval.info xəbər verir ki, 1992-ci il təvəllüdlü kənd sakini, evinin qarşısından keçən ümumi istifadədə olan yolu bağlayaraq, kənd icra nümayəndəliyinə şikayət edib. O, mal-qaranın keçidi səbəbindən ailəsinin narahat olduğunu bildirib, lakin müraciəti cavabsız qalıb.
Bunun ardınca, 34 yaşlı şəxs yolu bağlayıb və bu qanunsuz hərəkətə görə polisə məlumat verilib. Spirtli içkinin təsiri altında olan şəxs, kənd sakinlərini və Ağcabədinin icra başçısı Rafil Hüseynovu təhqir edib. Polisin qanuni tələblərinə əməl etməyən şəxs haqqında protokol tərtib edilərək məhkəməyə göndərilib. Ağcabədi Rayon Məhkəməsi tərəfindən verilən qərara əsasən, o, 8 gün müddətinə inzibati qaydada həbs edilib.
ƏLAQƏLİ
Qaqik Tsarukyanın fırıldaqçılıq ittihamlarına cavabı: milyondolarlıq qalmaqal
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək