İbrahim Tatlısəsdən İranda öldürülən qadına dəstək: Allah qadınların yanındadır
Müğənni İbrahim Tatlısəs hicab qaydalarına əməl etmədiyi üçün İranda saxlanıldıqdan sonra polis tərəfindən öldürülən 22 yaşlı Mahsa Amininin başına gələnlərə səssiz qalmayıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, sosial media hesabından paylaşım edən müğənni vəfat edən Aminiyə dəstəyini nümayiş etdirib.
Belə ki, sosial media hesabı ilə bütün qadınların azadlığına diqqət çəkən Tatlısəs “Ruhumun narahatlığını, ürəyimdəki ağrıları izah edəcək nə söz var, nə də mətn… Mübarizə aparan bütün qadınların haqlı mübarizəsini dəstəkləyirəm. Allah bütün qadınların yanındadır”. – deyib.
Qeyd edək ki, İranda geyim qaydalarına əməl etmədiyi səbəbilə döyülərək öldürülən Məhsa Əmininin ölümündən sonra müxtəlif şəhərlərdə yüzlərdə etiraz aksiyası keçirilib.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hacı Mazanın vəziyyəti ağırlaşdı - Əməliyyata ala bilmirlər - Təfərrüat
Rəşad Atakişiyevin həyat yoldaşı: "Balaları onun yolunu davam etdirəcək"
Qızına yarım milyonluq toy edən məmur polisin nəzarətinə verildi
Etibar Pirverdiyev: “Eyni vaxtda iki rayonda yanğın başlayıb”
COVİD-ə yoluxma pik həddə çatıb - sərt karantin rejiminə qayıda bilərikmi?