I Divizionumuzda əsasnamə pozuldu: daha bir texniki məğlubiyyət

Azərbaycan çempionatının əsasnaməsi yenidən pozulub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu gün I divizionun X turu çərçivəsində baş tutan “Turan Tovuz” – “Zirə-2” oyununda lisenziyası olmayan futbolçular oynayıb. Belə ki, Bakı təmsilçisinin heyətində yer alan 3 futbolçunun lisenziyası olmayıb. Hər 3 futbolçu meydana start heyətində çıxıb.
Faktı oyunun hakimləri, hakim-inspektoru və AFFA nümayəndəsi də bilir. Bu səbəbdən AFFA İntizam Komitəsi “Zirə-2″yə texniki məğlubiyyət verəcək.
Qeyd edək ki, bu mövsüm I divizionda artıq iki texniki məğlubiyyət verilib. Belə ki, “Səbail-2” VI turun “Qarabağ-2”, VIII turun “Neftçi-2” ilə oyunlarına görə təxniki məğlubiyyət alıb.
Daha iki bənzər hadisə isə Premyer Liqada baş verib. Belə ki, “Səbail” IV turda “Zirə”, VIII turda “Qarabağ”la oyunlara görə texniki qələbəyə sevinib.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?