Hüseynin maşınından 1 milyonluq əşyalar oğurlanıb
Rusiyada yaşayan məşhur azərbaycanlı videobloqqer Hüseyn Həsənov avtomobilindən bir milyon rubl (23 min 200 AZN) dəyərində əşyalarının oğurlandığını açıqlayıb.
“Minval.info” xəbər verir ki, bu barədə o, instaqram hesabında məlumat yayıb. O qeyd edib ki, “Gelandewagen” markalı avtomobilini Moskvadakı bir restoranın yanında saxlayıb və ön oturacaqda məşhur bir markanın loqosu olan çanta qoyaraq görüşə gedib.
Həsənov geri qayıtdıqda naməlum şəxslərin maşınına girdiyini və sözügedən çanta, pul, sənədlər və noutbukunun orada olmadığını görüb. O, oğurlanan əşyaların bir milyon rubl dəyərində olduğunu vurğulayıb.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Bundan əlavə, Hüseyn hüquq-mühafizə orqanlarının ona zarafatcıl olduğu üçün inanmadığından polisə müraciət etmədiyini, araşdırmanı özünün aparacağını qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı