Hüseyn Əzizoğlu ATV-nin qadağasından DANIŞDI

Tanınmış vayner Hüseyn Əzizoğluna ATV telekanalının rəhbərliyi tərəfindən efir qadağasının qoyulması barədə məlumat vermişdik.
Vayner Minval.info-ya məlumatın doğru olduğunu təsdiqləyib. Belə ki, H.Əzizoğlu həqiqətən belə bir qadağanın olduğunu bildirib. Lakin o, telekanal tərəfindən bu addımın atmasına səbəb olacaq açıqlama ilə çıxış etmədiyini qeyd edib.
“Mən xoşagəlməz ifadələr işlətməmişəm. Sadəcə, “İnstagram”da mənə qarşı haqsızlıq oldu deyə, bir paylaşım etmişdim. Nə şəxs, nə telekanal, nə də ki ATV rəhbərliyinin adını çəkmişəm. Mənə görə heç bir problem yoxdur”.
Vayner ona qoyulan qadağanı normal qarşıladığını qeyd edib. Hətta buna görə telekanal rəhbərliyinə təşəkkürünü də bildirib.
Xatırladaq ki, Hüseyn Əzizoğlu ATV telekanalında yayımlanan “Vine show”da səs toplamadığından yarışmanı tərk edib. O, sosial şəbəkə hesabında buna narazılığını bildirib və “məni uduzdurdular” sözlərini işlədib. Bundan sonra isə vaynerə ATV telekanalının rəhbərliyi tərəfindən efir qadağası qoyulub.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!