Himnimizin yenidən aranjiman olunmasına Bəstəkarlar İttifaqı razılıq verib
Azərbaycanın Dövlət Himni beynəlxalq səviyyədə yenidən aranjiman olunacaq.
Bunu Milli Məclisdə “Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında” və “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun layihələrinin birinci oxunuşda müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.
Deputat Modern.az-a daha geniş açıqlamasında qeyd edib ki, Azərbaycan Bəstəkarlar İttifaqının rəhbəri Firəngiz Əlizadə də himnin yeni qaydalarla aranjiman etməyin mümkünlüyünü təsdiqləyib:
“Mən bu fikri rəsmi mənbədən eşitmişəm. Hesab edirəm ki, himnimizin yenidən aranjiman olunması barədə addım atılması məqsədəuyğundur.
Diqqətə çatdırmaq istədiyim odur ki, biz hamımız himnimizi sevirik. Azərbaycanın Dövlət Himninin sözləri və musiqisi Konstitusiya qanunu ilə təsdiq olunub. Bu birmənalıdır, dəyişilməsi müzakirə olunmur. Amma himnimizi daha da mükəmməlləşdirmək, əzəmətli səsləndirmək mümkündür. Dağlıq Qarabağı azad etmək istəyən dövlətin himni də əzəmətli, mübariz olmalıdır”.
Azərbaycan Respublikasının xalq artisti, tanınmış bəstəkar Eldar Mansurov da məsələyə münasibət bildirib. O, açıqlamasında qeyd edib ki, hər bir musiqini, o cümlədən himni yenidən aranjıman etmək mümkündür:
“Sadəcə ölçüb-biçmək lazımdır ki, bunu cəmiyyət, insanlar necə qarşılayacaq?! Ümumiyyətlə, himnimizin yenidən aranjıman olunması nə dərəcədə lazımdır? Bu aranjıman nə verəcək? Hər halda mütəxəssislər, musiqiçilər, peşəkar bəstəkarlar bu məsələni müzakirə edərək, fikirlərini bildirməlidirlər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Toyların və yasların keçirilməsinə - Bu şərtlərlə icazə verilə bilər
Mehman Hüseynov azadlığa buraxıldı - Foto - Video
Arif Paşa: "Bu günü bizə yaşadan hər kəsin qarşısında baş əyirəm"
Paşinyan: "Rəsmi Bakı bunu tələb edir"
Sumqayıt-Bakı yolunda böyük tıxac