Heyvan sövdələşməsi Şəmkirdə davaya səbəb oldu
Şəmkir rayonunda heyvan sövdələşməsi ilə bağlı yaranan mübahisə davaya çevrilib. Hadisə Siyavuş Sərxanlı küçəsində baş verib. 1995-ci il təvəllüdlü Aftandil, tanışı Rabil İbrahimovun ondan aldığı xırdabuynuzlu heyvanların pulunun qaytarılması ilə bağlı mübahisə zamanı ona xəsarət yetirib.
Minval.info xəbər verir ki, Aftandil, Rabil İbrahimova yumruq zərbəsi endirib və həyətdən götürdüyü ağac parçası ilə onun baş, üz və bədəninin müxtəlif nahiyələrinə vurub. Bu səbəbdən Aftandilə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan edilib.
Aftandil izahatında özünü təqsirli bilib və hadisənin təfərrüatlarını açıqlayıb. O, Rabil İbrahimovun ondan 4000 manatlıq 30 baş xırdabuynuzlu heyvan aldığını, lakin pulun yalnız 1750 manatını ödədiyini bildirib. Qalan məbləği isə iyun ayının sonlarında ödəyəcəyini vəd edib. Lakin məlum hadisə günü Rabil, heyvanları geri qaytararaq pulunu tələb edib. Bu zaman mübahisə yaranıb və davaya çevrilib.
Hadisədən sonra Aftandil əməlindən peşman olub, zərərçəkmişdən üzr istəyib və ona vurduğu ziyanı ödəyib. Şəmkir Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Aftandilin cinayət təqibinə xitam verib və o, cinayət məsuliyyətindən azad edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir
Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı
İki gəncin ölümünə səbəb olan sürücü niyə sərbəst buraxıldı?